AZE | RUS | ENG |

Hesablama Palatasında nəzarət tədbirləri üzrə proqramlar təsdiqlənib

Hesablama Palatasında nəzarət tədbirləri üzrə proqramlar təsdiqlənib
Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırlması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada iştirak edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və baş mühasibi Leyla Abdullayeva, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, maliyyə-iqtisad sektorunun müdiri Bəsirət Cəfərova, 1 nömrəli maliyyə və iqtisadi regional bölmənin baş mühasibi Səyyarə Mustafayeva və 2 nömrəli maliyyə və iqtisadi regional bölmənin baş mühasibi Olqa Abbasova kollegiya üzvlərinin suallarını cavablandırıblar.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin bir neçə nəzarət tədbiri üzrə proqramlar təsdiq olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.2545
TRY 1 Türk lirəsi 0.3654
KWD 1 Küveyt dinarı 5.6216
SEK 1 İsveç kronu 0.1919
EUR 1 Avro 1.9810
CHF 1 İsveçrə frankı 1.7216
USD 1 ABŞ dolları 1.7000