• cümə axşamı, 28 mart, 12:13
  • Baku Bakı 16°C

Həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alim - Fotolar

28.04.17 10:50 1578
Həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alim - Fotolar
Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdbilər.
Tədbiri açıq elan edən aparıcı Azərbaycan Respublikasının Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verib.
Çıxış edənlər millət vəkilləri Kəmaləddin Qafarov, Elmira Axundova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə ediblər. Natiqlər çıxışında bildiriblər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq, onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib. Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.
Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar Artisti Hüsniyyə Mürvətovanın ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib, Cəfər Cabbarlının "Ana”, Leyla Əliyevanın "Zaman” şeirləri səsləndirilib. O cümlədən, Azərbaycanın xalq artisti Samir Cəfərovun ifasında "Sevgili canan” və "Məşəl kimi yanan ürək”, rayonun istedadlı gənci Rəşad Hacızadənin ifasında "Əziz ana” mahnıları ifa edilib. Həmçinin, rayonun M.Maqomayev adına 26 №-li onbirillik Uşaq Musiqi Məktəbi "Fantaziya" skripkaçılar qrupunun müşaiyyəti ilə 179 saylı orta məktəbin 2-ci sinif şagirdi Aysun Əsgərovanın ifasında xalq şairi Nəriman Həsənzadənin "Əbədiyyət” şeiri səslənib və Humanitar Kollecin xoru "Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə tədbirin bədii hissəsinə yekun vurublar.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olublar.






banner

Oxşar Xəbərlər