• şənbə, 27 Aprel, 06:44
  • Baku Bakı 12°C

Gürcüstanın xarici dövlət borcu 17 milyard dollardan çoxdur

04.04.18 09:10 584
Gürcüstanın xarici dövlət borcu 17 milyard dollardan çoxdur
Gürcüstanın ümumi xarici borcu 17 milyard dollardan çoxdur.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub. Bu, ölkənin ümumi daxili məhsulunun 113,5 faizini təşkil edir.
Gürcüstan Milli Bankı həmçinin bildirib ki, hesabat dövründə dövlətin birbaşa xarici borcu 7,3 milyard dollar olub. Bu da ÜDM-in 48,3 faizinə bərabərdir.
Qalan borc isə Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.
banner

Oxşar Xəbərlər