• cümə, 26 Aprel, 07:02
  • Baku Bakı 12°C

Gürcüstan 2019-cu ildə elektrik enerjisi idxalını iki dəfə artıracaq

01.01.19 14:30 508
Gürcüstan 2019-cu ildə elektrik enerjisi idxalını iki dəfə artıracaq
Gürcüstan ın 2019-cu ildə elektrik enerjisi idxalını iki dəfə artıracağı gözlənilir.
AZƏRTACxəbər verir ki, 2018-ci ildə Gürcüstan 1,4 milyon kilovat/saat elektrik enerjisi idxal edib. 2019-cu ildə isə qonşu ölkə 2,8 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal etmək niyyətindədir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin 2019-cu il üçün proqnozlarında bildirilir ki, 2019-cu ildə idxalın maksimal həddi mart ayında olacaq - 407,9 milyon kilovat/saat.
Nazirliyin proqnozlarına əsasən, 2019-cu ildə Gürcüstanın 14832,1 milyon kilovat/saat həcmində elektrik enerjisi istehlak edəcəyi, 696,5 milyon kilovat/saat həcmində isə elektrik enerjisi ixrac edəcəyi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər