• şənbə, 27 Aprel, 09:15
  • Baku Bakı 12°C

Günter Ottinger: “Azərbaycan və Aİ artıq 2030-cu ilin proqramını hazırlamalıdır”

31.05.18 19:10 561
Günter Ottinger: “Azərbaycan və Aİ artıq 2030-cu ilin proqramını hazırlamalıdır”
Bu gün Bakıda Energetika Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının Büdcə və İnsan resursları üzrə komissarı Günter Ottingerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə dəyirmi masa keçirilib

"APA-Economics”in məlumatına görə, dəyirmi masada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, hazırdaAvropa İttifaqıvə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş layihəsi üzərində iş aparılır: "Ümidvaram ki, bu saziş imzalanandan sonra iki ölkə arasında əməkdaşlıq daha da güclənəcək. AzərbaycanAvropa İttifaqıilə daha sıx əməkdaşlıq etmək istəyir. Bu günlərdə açılışı olan Cənub Qaz Dəhlizi bu əməkdaşlığı daha da genişləndirəcək”.

P.Şahbazov deyib ki, Azərbaycan Avropanın enerji təchizatında şaxələnməni indiyə kimi öz nefti ilə təmin edib: "Cənub Qaz Dəhlizi enerji diversifikasiyasını qaz resursu vasitəsilə mənbə və marşrutlar qismində tam şəkildə həyata keçirəcək”.

Nazir qeyd edib ki, bu gün Azərbaycanda 200 alman şirkəti uğurla fəaliyyət göstərir: "Almaniya ilə enerji sayəsində "Uniper”, "Siemens” və s. şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələri qurulub. Hazırda həm bərpa olunan enerji mənbələri, həm də digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda iqtisadi əməkdaşlığın genişlənməsi üçün geniş böyük potensial var”.

G.Ottinger isə neft və qaz resurslarının olmasına baxmayaraq, Azərbaycan hökumətinin alternativ enerji mənbələrinə böyük investisiya qoymasını yüksək qiymətləndirib: "Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkənizin enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirməsi çox vacibdir”.

Qonaq hesab edir ki, Azərbaycan vəAvropa İttifaqıartıq 2030-cu ilin proqramını hazırlamalıdırlar. Onun sözlərinə görə, Azərbaycan artıq Avropa qaz bazarına çıxışı ilə Avropa enerji ittifaqına inteqrasiya olunub.

Qeyd edək ki, dəyirmi masada almaniyalı iş adamları da iştirak ediblər.
banner

Oxşar Xəbərlər