AZE | RUS | ENG |

Günel Qəmbərova: “Çəhrayı lent” ayında hər kəsi müayinəyə səsləyirik

Günel Qəmbərova: “Çəhrayı lent” ayında hər kəsi müayinəyə səsləyirik
Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Mütəmadi müayinə və erkən diaqnostika hesabına bu dəhşətli statistikanı azaltmaq mümkündür. Məhz buna görə də Dünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını "Süd vəzi xərçəngi ilə mübarizə ayı” elan edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim mamoloq-radioloqu Günel Qəmbərova deyib.

"Simvolik olaraq "Çəhrayı lent” ayı kimi xarakterizə edilən oktyabr ayı boyunca media orqanları, tibbə dair kütləvi informasiya vasitələrində maarifləndirmə xarakterli materiallar yayılır, səhiyyə müəssisələrində daha çox təbliğat işləri aparılır.

Dünya Səhiyyə Təşkilatı hər qadının ildə heç olmasa bir dəfə müayinə olunmasını vacib sayır. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında süd vəzi xərçənginin erkən aşkarlanmasında 97 faiz həssaslıq nümayiş etdirən, radioloji müayinələr arasında "qızıl standart” metodu kimi dəyərləndirilən rəqəmsal mamoqrafiya aparatı mövcuddur.

Azərbaycan Tibb Universiteti "Sağlamlığınız sizin öz əlinizdədir”, "Erkən qoyulmuş diaqnoz həyat qurtarır” devizi əsasında xanımları süd vəzi xərçəngi ilə mübarizə ayında aktiv olmağa, xəstəliklə mübarizə aparmağa, vaxtında müayinə olunmağa çağırır”, - deyə G.Qəmbərova qeyd edib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287