• şənbə, 27 Aprel, 07:24
  • Baku Bakı 12°C

Gömrük xidməti də ASANlaşır

21.05.14 13:25 1196
Gömrük xidməti də ASANlaşır
Azərbaycanda gömrük bəyannamələrini “ASAN Xidmət” mərkəzlərində doldurmaq və gömrük orqanlarına elektron yolla göndərmək mümkün olacaq.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı mütəxəssislər hazırlanır: “Gömrük orqanlarına həvalə olunan gömrük sənədlərinin qəbulu zamanı bəzən fiziki şəxslər sənədlərlə gəlirlər. Onlar proseduru bilmədikləri üçün bəyannaməni doldurarkən çətinlik çəkirlər”.
A.Əliyev deyib ki, yaxın zamanlarda bu xidmət “ASAN Xidmət” mərkəzlərində göstəriləcək: “Yalnız sənədləri təqdim etməklə, bəyannamənin elektron variantı ilə proses həyata keçiriləcək. Biz artıq bununla bağlı mütəxəssislər yetişdiririk. Bu, elə də problemli məsələ deyil”.
banner

Oxşar Xəbərlər