AZE | RUS | ENG |


"Gilan Holdinq" kənd təsərrüfatı məhsullarının ixracını ikiqat artırır

Bakıda 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017” və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017” sərgilərinə start verilib.
 
"APA-Economics" xəbər verir ki, bu il "WorldFood Azerbaijan” və "CaspianAgro” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır.
 
Keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu sərgidə eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub.
 
"CaspianAgro” sərgisində "Gilan Holdinq” MMC-yə daxil olan bir neçə şirkət də öz məhsullarını təqdim edir.
 
"Gilan FMCG"-nin sərgidə iştirakının məqsədi ixrac imkanlarının genişləndirilməsi və tədbir iştirakçıları, yəni potensial xarici müştərilərlə yeni iş əlaqələrin qurulmasıdır.

Əsas olaraq gündəlik tələbat mallarının istehsalı, satışı ilə məşğul olan və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən "Gilan FMCG"-nin Məhsulun idarə edilməsi departamentinin rəhbəri Sənan Orucov bildirib ki, bu ölkələr arasında ABŞ, Kanada, Çin, Körfəz, Avropa, MDB üzvləri, həmçinin Avstraliya və Yeni Zelandiya var.

"Əsas hədəfimiz bu ölkələrdə daha da güclənmək və yeni bazarlar tapmaqdır. Əsasən alkoqolsuz içkilər, konservləşdirilmiş və çipsi məhsullarını xarici bazarlara ixrac edirik. Bundan başqa, zavodlarımızda məhsul istehsalı zamanı ən çox texnologiyadan istifadə olunur. Əsas hədəfimiz iki istiqaməti əhatə edir. Birinci hədəf daxili tələbatının yerli istehsal hesabına ödənilməsində rol oynamaq, daxili istehsalı gücləndirmək, ikincisi, ixrac potensialımızı artırmaq, bununla, ölkəyə daha çox valyuta cəlb etməkdir",  - deyə o vurğulayıb.
 
S.Orucov əlavə edib ki, dünyada hökm sürən iqtisadi çətinliklərə baxmayaraq, şirkətin cari ildə istehsal ilə bağlı göstəriciləri olduqca ürəkaçandır.
 
"Gilan Agrotech" şirkəti də əvvəlki illərdən fərqli olaraq budəfəki sərgidə daha geniş məhsul çeşidi ilə iştirak edir.

"Gilan Agricultural Group"un satış üzrə koordinatoru Rəşad Məcidov sərginin işgüzar əlaqələrin qurulma və əməkdaşlığın genişləndirilməsi baxımından çox münasib platforma olduğunu qeyd edib: "Sərgidə iştirakda məqsədimiz yaradılan əlverişli mühitdən maksimum istifadə edərək əməkdaşlığı genişləndirməkdir. Biz hazırda məhsullarımızı dünyanın 12 ölkəsinə ixrac edirik. Cari il də daxil olmaqla qısa müddət ərzində ixrac həcmini iki dəfə artırmaq istəyirik. Bizim hesablamamıza görə, bu olduqca real hədəfdir. Çünki bu il pambıqçılıqda ciddi inkişaf nəzərdə tutulur. Biz əkin sahəsini iki dəfədən də çox artırmışıq. Meyvə blokunda, fındıqçılıq sahəsində genişlənməmiz nəzərdə tutulur. Bildiyimiz kimi, fındıq, pambıq ixrac oluna biləcək əsas strateji məhsullardır. Bu məhsulların hesabına biz qeyri-ənənəvi bazarlarda - Körfəz ölkələrində möhkəmlənmək niyyətindəyik. Bununla yanaşı, biz MDB ölkələrindəki mövcud kanalların daha da genişləndirilməsi üzərində düşünürük. Bundan başqa, Böyük Britaniyada bəzi alıcılarla danışıqlar aparırıq. Beləliklə hədəfimiz Avropa İttifaqına və Böyük Britaniyaya satışlar etməkdən ibarətdir. Buna ekstensiv üsulla deyil, intensiv üsulla, məhsuldarlığın artırılması yolu ilə nail olmaq istəyirik. Məhsuldarlığın artırılması üçün biz keçən ildən etibarən aqrotexniki qulluq keyfiyyətini qaldırırıq. Bağçılıq sahəsini xüsusilə qeyd etmək istəyirəm. Bunun hesabına biz ciddi irəliləyiş gözləyirik".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008