• cümə axşamı, 28 mart, 13:37
  • Baku Bakı 16°C

Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər

22.03.20 14:21 846
Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda birgə videoçarx hazırlayıblar.
FederasiyadanAZƏRTAC-a bildiriblər ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.
Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın "Avroviziya" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.
Videoçarx Heydər Əliyev Mərkəzi, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Bakı Konqres Mərkəzi, Su İdmanı Sarayı və "Baku Crystal Hall"ın önündə çəkilib.
banner

Oxşar Xəbərlər