• çərşənbə, 24 Aprel, 02:14
  • Baku Bakı 14°C

Gənclər Fondu tələbələrin təhsil xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticəsini elan edib

13.12.18 19:57 608
Gənclər Fondu tələbələrin təhsil xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticəsini elan edib
Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.
Qurumdan Trend-ə verilən məlumata görə, ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb.
Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndəriblər.

Müsabiqəyə ümumilikdə 724 tələbə müraciət edib.
Onlardan 678 ərizə ilkin texniki ekspertizadan keçmiş və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib.
banner

Oxşar Xəbərlər