• cümə, 26 Aprel, 18:08
  • Baku Bakı 22°C

Gəncə-Moskva aviareysi gecikib

17.09.14 14:08 1216
Gəncə-Moskva aviareysi gecikib
Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov APA-ya açıqlamasında bildirib ki, gecikmə təyyarədə yaranan texniki problemlə bağlı olub.
Onun sözlərinə görə, reys üzrə uçan təyyarədəki nasazlıq aradan qaldırılıb və təxminən 170 sərnişin ötən gecə saat 03:00 radələrində Rusiyaya yola salınıb.
Qeyd edək ki, Gəncədən Moskvaya ucan “Aerobus 320” markalı təyyarəsi Rusiyanın “Ural” aviaşirkətinə məxsus olub. Həftənin birinci günü Gəncədən uçması planlaşdırılan hava gəmisində nasazlıq aşkar edildiyinə görə uçuş təxirə düşüb və şirkətə məlumat verilib. Ötən gün gələn mütəxəssislər nasazlığı aradan qaldırıblar və sərnişinlər bir sutka yarım gecikmə ilə yola salınıb.
Gəncə-Moskva aviareysi həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri həyata keçirilir. Hava Limanından verilən məlumata görə, reyslərdə gecikmə olmayacaq. Bu gün artıq şirkətin təyyarəsi vaxtında Gəncəyə eniş edəcək.
banner

Oxşar Xəbərlər