• cümə, 26 Aprel, 09:25
  • Baku Bakı 12°C

Gələn il üçün yaşayış minimumu 5% artırılır

07.11.14 12:10 1253
Gələn il üçün yaşayış minimumu 5% artırılır
Gələn il üçün yaşayış minimumu 4,8% artırılır.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında İqtisadiyyat və Sənaye Nazirliyinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Cəmaləddin Quliyev bildirib.
C. Quliyev qeyd edib ki, gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 125 manatdan 131 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 137 manatdan 140 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 103 manat manatdan 108 manatadək artırılması nəzərdə tutulub.
O, deyib ki, 2001-ci ildən indiyədək yaşayış minimumunun məbləği 5 dəfədən çox artırılıb. Belə ki, 2001-ci ildə yaşayış minimumunun məbləği 24,4 manat idisə, 2015-ci ildə bu məbləğ 131 manat təşkil edib.
banner

Oxşar Xəbərlər