Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsi ilə bağlı "Twitter" hesabında paylaşım edib.
APA-nın xəbərinə görə fransalı diplomat "1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdi", - deyə Z. Qross paylaşımında qeyd edib.