• cümə, 29 Mart, 10:23
  • Baku Bakı 5°C

Fotoqraf və rəssamlar üçün müsabiqə elan olunub

01.09.20 15:30 948
Fotoqraf və rəssamlar üçün müsabiqə elan olunub
Fotoqrafiya ilə müntəzəm məşğul olan istənilən fotoqraf və rəssamlar üçün "212 İstanbul fotoqrafiya müsabiqəsi” elan olunub.
Müsabiqənin əsas məqsədi onu İstanbulda yaranan mədəniyyət və incəsənət ənənəsinə transformasiya etməkdir. Müsabiqəyə qatılmaqla iştirakçılar bu sahədə xüsusi nüfuz və beynəlxalq səviyyədə tanıtım imkanı qazanacaqlar.
Müsabiqədə janra görə ayrı-seçkilik edilmir: portretlər, mənzərələr, natürmort, moda və digərləri. Bütün janrlar keçərlidir.
Müsabiqədə ən yaxşı iştirakçılar təşkilatçılar tərəfindən bir sıra hədiyyələrlə mükafatlandırılacaq. Əsas qalib üçün pul mükafatı olaraq 5000 avro və sertifikat, təşəkkür məktubu, həmçinin təqdim olunan işin peşəkarlar tərəfindən baxışı və "212 Jurnalı”nda işıqlandırılması nəzərdə tutulur. Ən yaxşı 10 iştirakçıya isə sertifikat və 212 komitəsindən təşəkkür məktubu veriləcək.
Ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi saytda müraciət formasını doldurmaq vəhttps://212photographyistanbul.com/en/saytına keçid etmək lazımdır.
banner

Oxşar Xəbərlər