• cümə, 26 Aprel, 16:05
  • Baku Bakı 23°C

"Fitch": Xarici valyutadakı aktivlərini qoruyan Azərbaycan hökuməti hörmətə layiqdir

15.09.16 11:26 911
"Fitch": Xarici valyutadakı aktivlərini qoruyan Azərbaycan hökuməti hörmətə layiqdir
Valyuta böhranı yaşayan Azərbaycandakı makroiqtisadi şəraiti məqbul adlandırmaq olmasa da, böyük həcmdə xarici valyutada olan aktivlərin qorunması üçün yerli hökumət hörmətə layiqdir. "APA-Economics" xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində "Fitch" beynəlxalq reytinq agentliyinin böyük direktoru Pol Gembl deyib.

"Hökumətin sərəncamında hələ də iri həcmdə xarici valyutada olan aktivlərin olması ölkənin kredit reytinqi üçün olduqca əhəmiyyətli faktdır", - deyə P. Gembl bildirib.

Öz növbəsində agentlik xatırladır ki, cari ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 4,5% artaraq 35,1 mlrd. dollara çatıb. O da bildirilir ki, ötən həftə inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bank uçot dərəcəsini 15%-dək qaldırıb: "Bundan sonra yerli banklar valyuta alışına qoyulan məhdudiyyətləri aradan qaldırdı".
banner

Oxşar Xəbərlər