• şənbə, 27 Aprel, 05:09
  • Baku Bakı 14°C

“Fitch” 2018-ci ildə İtaliyada iqtisadi artım proqnozunu aşağı salıb

24.09.18 11:45 389
“Fitch” 2018-ci ildə İtaliyada iqtisadi artım proqnozunu aşağı salıb
"Fitch” Beynəlxalq Reytinq Agentliyi İtaliyada bu ilin iyun ayındakı iqtisadi artım proqnozunu 1,3 faizdən 1,2 faiz səviyyəsinə endirib.
AZƏRTACİtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, reytinq agentliyi ölkə iqtisadiyyatının iqtisadi artım tempini 2019-cu il üçün 1,2 faiz, 2020-ci il üçün isə 0,9 faiz göstərici ilə təsdiqləyib.
Agentlik yenilənmiş icmalında məlumat verib ki, ilin ikinci kvartalında İtaliyanın iqtisadi artımı iyun ayında proqnozlaşdırılanın yarısı qədər olub.
banner

Oxşar Xəbərlər