• cümə, 26 Aprel, 19:20
  • Baku Bakı 22°C

Firdovsi Fikrətzadə: Azərbaycanın fındıq istehsalına görə dünyada ikinci olmaq potensialı var

03.10.19 13:15 522
Firdovsi Fikrətzadə: Azərbaycanın fındıq istehsalına görə dünyada ikinci olmaq potensialı var
Azərbaycanın fındıq istehsalına görə dünyada ikinci olmaq potensialı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də Bakıda "Strateji Məhsul” mövzusunda keçirilən beynəlxalq seminarda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
F.Fikrətzadə vurğulayıb ki, Azərbaycan Türkiyə, İtaliya, İspaniya və ABŞ kimi ölkələrdən sonra dünyada fındıq ixrac edən əsas ölkələrdən biridir. Azərbaycandan fındığın əsas idxalçıları sırasına Avropa ölkələri, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digərləri daxildir.
banner

Oxşar Xəbərlər