• cümə, 26 Aprel, 11:43
  • Baku Bakı 12°C

Finlandiya şirkətləri LNG-dən istifadəni artırır

18.08.18 14:15 444
Finlandiya şirkətləri LNG-dən istifadəni artırır
Finlandiya şirkətləri mayeləşdirilmiş təbii qazdan (LNG) istifadəni artırır.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Finlandiyanın "Finnsementti” şirkəti sement istehsalı üçün LNG-dən istifadə edəcək. LNG isə Finlandiyanın "Skangas” şirkəti tərəfindən təmin olunacaq.
"Skangas” şirkəti "Finnsementti”nin "Raahe” sement istehsalı layihəsində istifadə üçün LNG təminatına dair müqavilə imzalayıb.
LNG "Skangas”ın birgə sahibi olduğu "Tornio Manga LNG” terminalından tankerlərlə "Finnementti”nin "Raahe” müəssisəsinə çatdırılacaq. İstifadə edilməzdən əvvəl LNG yenidən qaz halına gətiriləcək.
banner

Oxşar Xəbərlər