• çərşənbə axşamı, 19 mart, 13:28
  • Baku Bakı 8°C

Finlandiya Azərbaycana kömək üçün yeni yollar axtarır

18.08.19 15:30 14832
Finlandiya Azərbaycana kömək üçün yeni yollar axtarır
Finlandiyanın maşınqayırma şirkəti, gəmiqayırma və energetika sahəsində aparıcı avadanlıq tədarükçüsü "Wärtsilä Oyj Abp” Azərbaycana enerji sisteminin sabitləşməsində kömək üçün yeni yollar axtarır.
Bu barədə Trend-ə şirkətdən bildiriblər.
Qeyd olunub ki, şirkət daim enerji sisteminin sabitləşməsi və zərurət olduqda ehtiyat gücünün təmin olunması üçün çevik imkanlar tətbiq etməklə ölkənin dəstəklənməsi istiqamətində yeni üsullar axtarır.
Şirkətdən bildiriblər ki, "Wärtsilä” həmçinin digər ölkələrə, şəhərlərə və şirkətlərə enerji təhlükəsizliyini və fasiləsiz enerji verilişini təmin etməklə müasir, dayanıqlı və rahat enerji sistemlərinə yol tapmağa kömək edir:"Wärtsilä” Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb. Şirkət avadanlıqları dəstəkləmək və optimallaşdırmaqla onların fəaliyyət müddəti dövründə dəniz və enerji sahəsindəki müştərilərə xidmət göstərən "Wärtsilä Oyj Abp” qlobal şəbəkəsinin tərkib hissəsidir. 2005-ci ildən "Wärtsilä” Azərbaycanda ümumi gücü 860 meqavatt təşkil edən yeddi elektrik stansiyası inşa edib. Bütün elektrik stansiyaları dövlət kommunal şirkətləri tərəfindən istismar olunur. Bu gün Azərbaycan həm enerji, həm də dəniz sektorunda böyük inkişaf perspektivlərinə malikdir”.
banner

Oxşar Xəbərlər