• çərşənbə axşamı, 04 fevral, 04:59
  • Baku Bakı 6°C

Fikrət Əliyevin 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib

17.12.19 21:07 1636
Fikrət Əliyevin 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib
Dekabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində görkəmli kinorejissorumuz, gözəl insan Fikrət Əliyevin 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Gecədə "ARB Aranfilm Yaradıcılıq Mərkəzi"nin yubilyara həsr etdiyi, rejissor Babek Abbaszadənin "Məni izləyən müəmma" sənədli-bədii filmi nümayiş etdirilib. Fikrət Əliyev rejissor kimi "”Baladadaşın ilk məhəbbəti”, "Qızıl üçürum”, "Yuxu”, "Ölüm növbəsi” və "Sonuncu dayanacaq" kimi filmlərə quruluş vermişdi. Filmin ideya müəllifi Cəmil Quliyev , operator Anar Seyidov, montajçısı Pərviz Səlimov, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.





banner

Oxşar Xəbərlər