• cümə, 29 Mart, 14:16
  • Baku Bakı 14°C

Festival iştirakçılarının onlayn səsverməsinə başlanılıb

24.11.18 14:45 683
Festival iştirakçılarının onlayn səsverməsinə başlanılıb
"Uşaq Avroviziya-2018” mahnı festivalının rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb.
AZƏRTACxəbər verir ki, səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-i 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Səsvermədə 3-5 iştirakçını seçmək mümkündür.
Noyabrın 25-də "Minsk Arenada” Azərbaycan, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.
Xatırladaq ki, "Uşaq Avroviziya-2018” mahnı festivalında Azərbaycanı Fidan Hüseynova təmsil edir.
banner

Oxşar Xəbərlər