Fermerlərə münasib yem əldə etmək üçün köməklik
ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində
Zərdab rayonunun Gəlmə kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqəsinin
açılışını qeyd ediblər. Bu məntəqə Gəlmə sakinlərinə özlərinin mal-qara və quş
təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Baxmayaraq
ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin
məntəqə qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə
gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında
yemə çevirə biləcəklər.
Bu yeni məntəqə Gəlmə kəndinin maldarlıq, quşçuluq
və kənd təsərrüfatı ilə məşğul olan 3,000-ə yaxın sakinin vaxtına, puluna və
enerjisinə qənaət etməyə kömək edəcək. Bu layihələr Amerika xalqı adından
fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib
və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
ABŞ və Azərbaycan 101 müxtəlif icmada 114 icma
layihəsi həyata keçirib. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla
186,000-ə yaxın insan faydalana bilir. Bu lahiyələr Amerika xalqı adından
göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub.
EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini
yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə
yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.