AZE | RUS | ENG |

Çexiyada Azərbaycan “ANİMAFİLM” festivalı ilə bağlı tədbir

Çexiyada Azərbaycan “ANİMAFİLM” festivalı ilə bağlı tədbir
1-ci ANİMAFİLM Festivalının təşkilatçıları festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə Praqa şəhərində "ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçiriblər. Təşkilatçılardan Trend-ə verilən məlumata görə, tədbir şəhərin "Kino Pilotů” kinoteatrında baş tutub. Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdirildi və xaricdə ilk dəfə "Azərbaycan animasiyası” kitabı təqdim olundu. Tədbirdə tək Azərbaycandan deyil, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edib. Əsas iştirakçılar isə təbii ki, Çexiya animasiyası mütəxəssisləri olub, demək olar ki, Çexiyanın bütün sanballı animasiya icması bu tədbirdə iştirak ediblər. Tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası arasında münasibətləri daha da yaxınlaşdırdı və animatorlarımız arasında birbaşa dialoq yaradıb. Tədbirdə hazırda Rusiyada çalışan animasiya ustadı rejissor Cahangir Süleymanov və Almaniyadan Azərbaycanda ən çox "Tıq-tıq xanım” multfilminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahi xüsusilə fərqləniblər. Tədbirin gedişində bu rejissorların çıxışlarından sonra onların cizgi filmləri nümayiş etdirilib. "ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, "OSKAR” mükafatına namizəd "Late Afternoon” ("Günortadan sonra”) da daxil olmaqla mükafat almış Azərbaycan, Rusiya, İran və Almaniya cizgi filmləri Çexiya Respublikasinda ilk dəfə nümayiş etdirildi. Filmin rejissoru İrlandiya Respublikasından Louise Bagnall tədbirə İnternetlə qatılaraq söylədi ki, "Late Afternoon”un Oskar mükafatına təqdim olunması onun tamaşaçılarının sayını xeyli artırmaq fürsətidir. Tədbirin Azərbaycan animasiyası adlı ilk hissəsində ən tanınmış Azərbaycan animasiya filmləri nümayiş etdirildi, sonra "Azərbaycan animasiyası” kitabının təqdimatı olub. "Əks-səda”nın qonaqlarını Azərbaycanın milli şirniyyatları – paxlava, şəkərbura gözləyirdi. Bu jest ilə ANİMAFİLM komandası əziz bayramımız olan Novruz günlərində Azərbaycanın qonaqpərvərliyini bir daha nümayiş etdirdi. Qeyd edək ki, şirniyyatların bütün xərcini Azərbaycanın Çexiyadakı səfirliyi çəkmişdi. Çoxları yəqin 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən "ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalını unutmayıb. Həmin festival ilk dəfə keçirildiyinə baxmayaraq müvəffəqiyyətlə başa çatdı. Festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Festivalın proqramı çərçivəsində öz sözünü demiş tanınmış animasiya ustaları "ustad dərsləri” və "ReAnimasiya” sərgisi keçirildi və müxtəlif ölkələrin cizgi filmləri, retrospektiv filmlər nümayiş etdirildi, uşaqlar üçün animasiya vorkşopları və kukla tamaşası təşkil edildi. Əminliklə demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində bir iz buraxdı. Tədbirin təşkilatçısı "ANİMAFİLM”in direktoru Rəşid Ağamalıyevdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916