AZE | RUS | ENG |

Euronews: Dolma – Azərbaycan mətbəxinin şah əsəri - Video

Euronews: Dolma – Azərbaycan mətbəxinin şah əsəri - Video
Euronews, Aİ
29.05.2018 

Müəllif: Qalina Polonskaya

Azərbaycan mətbəxinin şah əsəri – dolma. Bu yeməyə maraq ölkənin istisnasız olaraq bütün bölgə və millətlərini birləşdirir. Məhz Azərbaycan dolması UNESCO-nun mədəni irs siyahısına belə, daxil edilib.
Qalina Polonskaya ("Euronews”): "Dolma Azərbaycan mətbəxinin əsas sütunlarından biridir. Ölkədə onun 386 növü var”.
Ət, düyü, göyərti, soğan, təzə üzüm yarpağı: Azərbaycan dolmasının uğur sirlərindən biri də təbii yerli ərzaqlardır.
Qalina Polonskaya, ("Euronews”): "Dolmanı bükmək zərgər işidir və bu işdə hər xanımın özünün kiçik sirri var”.
Ceyran xanım dolma bükməyi nənəsindən öyrənib. Resepti nəsildən-nəsilə ötürməyin özü də bir adətdir.
Ceyran Əsgərova (Milli Kulinariya Mərkəzi rəhbərinin müavini): "Dolmanı hazırlamağın çətinliyi ondadır ki, o, çox balaca olmalı, incə bükülməli və bişərkən yarpaqları açılmamalıdır”.
Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil.
Rus dilindən tərcümə - WorldMedia.Az


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000