Esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub
"ASAN Könüllüləri” Təşkilatının "Əsgərə məktub” layihəsinin yeni hazırlanmış www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub.
"ASAN xidmət”dənAPA-ya verilən məlumata görə, yeni sayt vasitəsi ilə vətəndaşların "ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb.
www.esgeremektub.az saytında "ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də əks olunur.