• cümə, 19 Aprel, 22:16
  • Baku Bakı 24°C

Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH

24.01.21 20:00 952
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib. Ölkədə çox ciddi siyasi və iqtisadi gərginlik var. Nə baş nazir nə də hökümət vəziyyəti idarə edəcək imkanda, gücdə deyil. Ağız deyəni qulaq eşitmir, xalqla hakimiyyət arasında bağ, təmas itib.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, xaotik durum o həddə qədər irəliləyib ki, artıq heç bir kadr dəyişikliyi, heç bir populist vəd, heç bir addım Paşinyanın və komandasının köməyinə gəlmir, dadına yetmir:
"Təbii, bunun da öz səbəbləri var. Əvvəla, Ermənistan heç bir zaman müstəqil olmayıb, müstəqil siyasət yürütməyib. Onun-bunun cibində, ovcunda gizlənənlərin, kiminsə ağzı və dili ilə danışanların isə aqibəti hər zaman belə nəticə ilə sonuclanır. İkincisi, 30 ilə yaxın müddətdə Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan Ermənistan əslində bununla bütün regional layihələrdən özünü faktiki təcrid edib, öz iqtisadi uğursuzluğunun, öz siyasi bədbəxtliyinin əsasını qoyub.
Yəni, bu dövlət məhz işğalçı damğasını öz üstündə gəzdirdiyinə görə bütün qapıların kandarında qalıb, bütün dünyanın nifrətini qazanıb. Bu gün də xislətinə, yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir: həm işğal elədiyi torpaqlardan rədd olub, müharibəni uduzub, kapitulyasiya aktını imzalayıb, həm də iqtisadi və siyasi çöküş prosesi ilə baş-başa qalıb.
Üstəlik, bu proses get-gedə dərinləşir. Xaos daha da irəliləyir.
Ermənistan o qədər bədbəxt ölkədir ki, artıq onu heç kim xilas edə bilməz. Nə sahibləri, nə də idarəçiləri”.
banner

Oxşar Xəbərlər