Ermənistana növbəti zərbən Aşqabadda vurulub

Ermənistana növbəti zərbən Aşqabadda vurulub

Cəmiyyət
12 Oktyabr 2019, 16:37 133
"Prezident İlham Əliyevin diplomatik zərbəsinin qarşısında Paşinyanın arqumentləri çox zəif olub"
 
Bu barədə deputat Cavid Osmanov "Report”a açıqlamasında bildirib.
 
O qeyd edib ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışında Paşinyanın bəyanatlarını darmadağın etdikdən sonra növbəti dəfə Ermənistana zərbəni Aşqabadda vurub: "Prezident İlham Əliyev Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək Ermənistanın faşizmə ideyasına dəstək verdiyini bildirdi. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan sülhün tərəfdarıdır, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlər bunun əyani sübutudur”.