• şənbə, 27 Aprel, 06:09
  • Baku Bakı 12°C

"Enerji resurslarına tələbat ildə 1,5-2% artacaq"

06.06.19 19:15 490
"Enerji resurslarına tələbat ildə 1,5-2% artacaq"
"Dünyada enerji resurslarına tələbat 2040-ci ilə qədər ildə 1,5-2% artacaq".
"Report" "Banki.ru" portalına istinadən xəbər verir ki, bunu "Rosneft"in baş icraçı direktoru İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, "Rosneft" in proqnozlarına əsasən, neftə tələbat ildə təxminən 1% səviyyəsində artacaq. 2040-cı ilə qədər dünyada neft istehlakı gündəlik təxminən 20 milyon barel artacaq. Eyni zamanda enerji balansında neftin payı ildə 32%-dən 28%-dək azalacaq.
İ.Seçinin sözlərinə görə, energetikada təbii qazın payı 22%-dən 25%-ə qədər artmalıdır. Artıma "Rosneft"in proqnozlarına əsasən, nəqliyyat sektorunun 2040-ci ilə qədər 5 dəfə artacaq tələbatı səbəb olacaq. Bu müddətdə alternativ enerjinin payının 12%-dən 16%-dək artacağı gözlənilir.
banner

Oxşar Xəbərlər