• cümə, 26 Aprel, 06:25
  • Baku Bakı 12°C

Əmlakın texniki sənədlərinə görə rüsum tutulmayacaq

02.05.14 15:09 1423
Əmlakın texniki sənədlərinə görə rüsum tutulmayacaq
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyesterindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmayacaq
Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanun layihəsinə dəyişiklik müzakirəyə çıxarılıb. Layihə barədə deputat Çingiz Əsədullayev məlumat verib.
Layihəyə görə, daşınmaz əmlak üzərində hüquqların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reysterindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmayacaq. Müzakirələrin sonunda sənəd səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər