AZE | RUS | ENG |

Əməkdar jurnalistə həsr olunan “Xasiyyət xoşbəxti” kitabı çapdan çıxıb

Əməkdar jurnalistə həsr olunan “Xasiyyət xoşbəxti” kitabı çapdan çıxıb
Milli Mətbuat Günü ərəfəsində Əməkdar jurnalist Rəşad Məcidə həsr olunmuş məqalə, esse və şeirlərdən ibarət "Xasiyyət xoşbəxti” kitabı çapdan çıxıb.
 
AZƏRTAC xəbər verir ki, kitabın başlıca özəlliklərindən biri burada Rəşad Məcid şəxsiyyətinin, onun yaradıcı portretinin hansısa müəllif mövqeyindən deyil, ayrı-ayrı çağdaşlarının baxış bucağından təqdim olunmasıdır.
 
Yazıçı-publisisti təqdim edənlərin əksəriyyəti onu istər şəxsi müstəvidə, istər ədəbi yaradıcılıq, istərsə də mətbu-ictimai fəaliyyət prosesində yaxından tanıyan, davamlı müşahidə edən, üstəlik, insan və söz sərrafı kimi sayılıb seçilənlərdir. Bu da Rəşad Məcid portretinin, onun insan və ədib obrazının son dərəcə gerçəyə yaxın, obyektiv alınmasını, bölüşülən fikirlərin, paylaşılan müşahidələrin dəqiqliyini və dürüstlüyünü təmin edir. Onun haqqında yazan müəlliflərin hər biri ədibin xasiyyəti, xarakteri barədə, bədii yaradıcılıq və qəzetçiliyi haqqında ümumi təsəvvürü yeni mühüm cizgiləri və qabarıq ştrixlərlə gücləndirir.
 
"Vektor” Beynəlxalq Nəşrlər Evində çap olunan "Xasiyyət xoşbəxti” kitabının redaktoru və tərtibçisi tanınmış jurnalist Elşən Əliyevdir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946