• cümə, 26 Aprel, 18:45
  • Baku Bakı 22°C

Əmanətlərin Sığortalanması Fondu ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın inkişafı müzakirə olunub

30.09.17 09:25 1058
Əmanətlərin Sığortalanması Fondu ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əmanətlərin Sığortalanması Fondu ilə Asiya İnkişaf Bankının (AİB) faktaraşdırıcı missiyası arasında keçirilən görüşdə Azərbaycanda əmanətlərin sığortalanması sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan danışılıb.
Əmanətlərin Sığortalanması FondundanAZƏRTAC-a bildiriblər ki, sentyabrın 29-da qurumun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev AİB-in "İdarəçiliyin təkmilləşdirilməsi və dövlət maliyyəsinin səmərəliliyi" layihəsi çərçivəsində ölkəmizə səfər edən faktaraşdırıcı missiyasına rəhbərlik edən Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi üzrə baş mütəxəssisi Tariq Niazi, maliyyə sektoru üzrə baş iqtisadçı Joao Farinha-Fernandes və AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev ilə görüşüb.
Əmanətlərin sığortalanması sahəsində cari islahatlar, planlar və maliyyə sektorunda onun funksiyası ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilmiş görüşdə V.Abdullayev qurumun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib. O, ölkədə əmanətlərin sığortalanması sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından bəhs edib.
Eyni zamanda, görüşdə Əmanətlərin Sığortalanması Fondunun gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər barədə müzakirələr aparılıb.
Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər