• cümə, 26 Aprel, 20:07
  • Baku Bakı 22°C

"Emal sənayesi məhsullarının ixracı ilə bağlı ciddi işlər görüləcək"

25.05.18 14:20 653
"Emal sənayesi məhsullarının ixracı ilə bağlı ciddi işlər görüləcək"
"Yerli məhsulların istehsalının potensialının gücləndirilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində 2017-ci ildə qeyri-neft ixracı 24,4%, bu ilin birinci rübündə 25%-ə qədər artıb".
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziriŞahin MustafayevAzərbaycanda "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bəzi sahələrdə ixracla bağlı daha yüksək artım gözlənilir.
"Şərab və kənd təsərrüfatı sahəsinin inkişafı üçün böyük potensialımız var. Xüsusilə kənd təsərrüfatı sahəsində emalı sənayesinin gücləndirilməsi nəticəsində emal məhsullarının ixracı sahəsində çox güclü potensial görürük və bu sahədə çox ciddi işlər görəcəyik", - deyə nazir qeyd edib.
banner

Oxşar Xəbərlər