AZE | RUS | ENG |

Elman Rüstəmov: "Azərbaycanda devalvasiyadan söhbət gedə bilməz"

Elman Rüstəmov:
"Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var".
 
Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə E.Rüstəmov vurğulayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000