• şənbə, 27 Aprel, 00:39
  • Baku Bakı 14°C

Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"

12.02.18 13:20 588
Elman Rüstəmov: "2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"
"2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədriElman Rüstəmovbu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki,Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib.

"O cümlədən qeyri-neft sənayesində 3,7%, kənd təsərrüfatında 4,2% iqtisadi artım olub. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir", - deyə E.Rüstəmov vurğulayıb.
banner

Oxşar Xəbərlər