• cümə axşamı, 28 mart, 21:03
  • Baku Bakı 13°C

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

23.11.20 17:16 490
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Trend xəbər verir ki, Fərmana görə, "Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. Dəyişikliyə əsasən, elektron sistemin funksiyalarına "6.3.11. investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar.” yarımbəndi əlavə olunub.
banner

Oxşar Xəbərlər