• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Eldəniz Səlimov: Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir

10.10.19 09:21 640
Eldəniz Səlimov: Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir
Azərbaycan ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq sürətlə inkişaf edir.
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Çin ilə Azərbaycan arasındakı əlaqələrin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətinin iştirakı ilə "TRACECA-Tarixi İpək Yolunun Bərpası” ilə əlaqədar keçirilən konfransda qoyulub.
Deputat bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib: "Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verdilər. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır".
E.Səlimov hesab edir ki, "Bir Kəmər, Bir Yol” təşəbbüsü nəqliyyatda yeni imkanların yaradılmasına, ticarət, turizm, xalqlararası münasibətlər, Avroasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir: "Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".
Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan Çinin Avroasiya məkanında əməkdaşlıq üzrə əsas tərəfdaşlarından biridir.
banner

Oxşar Xəbərlər