• cümə, 26 Aprel, 18:32
  • Baku Bakı 22°C

Eldar İbrahimov: "Becərilməyən torpaqların vətəndaşlardan alınması qanunvericilkidə əksini tapıb"

10.05.18 13:10 612
Eldar İbrahimov: "Becərilməyən torpaqların vətəndaşlardan alınması qanunvericilkidə əksini tapıb"
Milli Məclisin Aqrar siyasət komitəsinin sədriEldar İbrahimovbecərilməyən kənd təsərrüfatı torpaqlarının sahiblərindən alınacağı barədə yayılan xəbərə münasibət bildirib.

E. İbrahimov APA-ya açıqlamasında deyib ki, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaq vətəndaşlardan alınır və bu, Torpaq Məcəlləsində, torpaqla bağlı qanunvericilkidə əksini tapıb.

Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, dövlət başçısı bununla bağlıƏmlak Məsələləri Dövlət Komitəsinə də tapşırıq verib: "Harada istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaq varsa,Əmlak Məsələləri Dövlət Komitəsibunun səbəbini araşdırmalıdır. Torpaq həmin şəxsdən alınıb başqasına verilməlidir ki, təyinatına uyğun istifadə edilsin. Kənd təsərrüfatı təyinatlı torpaq əkilərək məhsul istehsal olunması və xalqımızın ərzaq təhlükəsizliyinin təmin olunması üçündür”.

E. İbrahimov deyib ki, ilk öncə kənd təsərrüfatı təyinatlı torpaqların 3 il ərzində becərilmədikdə sahibi olan şəxsdən alınması nəzərdə tutulmuşdu: "AncaqNazirlər Kabinetinin qərarı ilə bu müddət 2 il olub. Əgər kənd təsərrüfatı təyinatlı torpaq 2 il ərzində böecrilmirsə,Əmlak Məsələləri Dövlət Komitəsibunun səbəbini araşdıracaq, həmin şəxsin torpağı becərmək imkanı yoxdursa, o torpaq alınaraq başqasına veriləcək".
banner

Oxşar Xəbərlər