• cümə, 26 Aprel, 06:23
  • Baku Bakı 12°C

EIA: Azərbaycanın enerji resursları Türkiyənin strateji rolunu artırır

06.02.17 12:15 1104
EIA: Azərbaycanın enerji resursları Türkiyənin strateji rolunu artırır
Türkiyənin Avropaya neft və qaz nəql etməsi baxımından rolu artaraq strateji səviyyəyə çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) Türkiyə üzrə hesabatında deyilir.
Hesabatda qeyd edilib ki, 2015-ci ildə İstanbul və Çanaqqala boğazları vasitəsilə dünya bazarlarına gün ərzində 2 mln. bareldən çox xam neft daşınıb.
Sənəddə vurğulanıb ki, Türkiyənin təsdiq olunmuş neft ehtiyatlarının həcmi 312 mln. bareldir. Ehtiyatların böyük bir qismi Türkiyənin cənub-şərqində yerləşir. Sənədin müəllifləri qeyd edir ki, Türkiyədə gündəlik 62 min barel neft istehlak olunur.
Bundan başqa, 2015-ci ildə Ceyhan limanından gün ərzində dünya bazarlarına 650 min barel Azərbaycan və 400 min barelİraqnefti çıxarılıb.
"Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılması baxımından da Türkiyənin strateji rolu artmaqdadır", - deyə sənəddə qeyd edilib.
2015-ci ildə Türkiyənin 48 mlrd. kubmetr qaz idxal etdiyini xatırladan EIA-nın mütəxəssisləri bildirir ki, bunun 56%-i Rusiya, 16%-i İran, 11%-i Azərbaycanın payına düşür.
banner

Oxşar Xəbərlər