• cümə, 26 Aprel, 10:04
  • Baku Bakı 12°C

Əhalinin bank əmanətləri 20 faiz azalıb

08.07.16 17:44 1127
Əhalinin bank əmanətləri 20 faiz azalıb

1 iyun 2016-cı il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 7 mlrd. 565,9 mln. manat təşkil edir. Bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin sonuna banklarda əhalinin əmanətləri 9 mlrd. 473,9 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-may aylarında əhalinin bank əmanətləri 20,1% azalıb.
2016-cı ilin may ayında əhalinin əmanətlərinin azalması tendensiyası saxlanılıb. Xüsusilə hesabat ayında əmanətlər 119,1 mln. manat və ya 1,5% azalıb.
2015-ci ildə əhalinin bank əmanətləri manatın iki dəfə devalvasiyası nəticəsində 33,6% artıb.
banner

Oxşar Xəbərlər