Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır

Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır

İqtisadiyyat
25 May 2019, 13:15 279
Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə deyib.
Xatırladaq ki, SOCAR artıq Əfqanıstana dizel, kerosin, maye butan ixrac edir.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.