Dövlətin yerli istehsalçılara və ixracatçılara dəstəyi
"Azərbaycanda
dövlət yerli istehsalçıları və ixracatçıları tam dəstəkləyir”.
Bunu Trend-ə Azərbaycan
Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir
Quliyev deyib.
O bildirib ki,
bu məsələdə təşkilat sahibkarlarla sıx təmasdadır: "Onu deyə bilərəm ki, Azərbaycanda
bütün dövlət strukturları meyvə-tərəvəz məhsulu istehsalçıları və
ixracatçılarını tam dəstəkləməyə çalışır”.
B.Quliyevin sözlərinə
görə, hazırda istehsalçılar və ixracatçılar üçün bütün zəruri şərait yaradılıb
və onlar tərəfindən hər hansı bir şikayət yoxdur.
Qeyd edək ki, Azərbaycanda
sahibkarlığın inkişafı üçün hökumət müxtəlif tədbirlər həyata keçirir: biznesə
güzəştlər tətbiq olunur, dövlət strukturları nəzdində apellyasiya şuraları
yaradılır, qanunvericilik müasirləşdirilir və genişmiqyaslı islahatlar
keçirilir. Belə ki, ölkədə sənaye parkları və məhəllələri, aqroparklar və yüksək
texnologiya parkları fəaliyyət göstərir.
Bundan başqa, yerli istehsalçıların dəstəyi üçün
hökumət ixrac missiyaları təşkil edir və digər tədbirlər həyata keçirir.