• çərşənbə axşamı, 23 aprel, 13:51
  • Baku Bakı 24°C

"Dövlətin operativ qərarları nəticəsində virusun sürətlə yayılmasının qarşısı alındı"

29.03.20 19:37 389
"Dövlətin operativ qərarları nəticəsində virusun sürətlə yayılmasının qarşısı alındı"
"Koronovirusun dünyada yaılması mənzərəsinə baxdıqda bu virusun daha çox dövlətin xalqa evdə qal çağırışına əməl etməyən ölkələrdə geniş yayıldığını görürük. Həmin ölkələrdə insanlar dövlətin çağırışlarına zamanında reaksiya vermədiklərinə görə bu virusa tutulanlar və dünyasını dəyişənlər daha çox oldu". BunuSİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan cənab Prezidentin də qeyd etdiyi kimi, bu virusla mübarizədə ən adekvat və operativ qərar qəbul edən ölkələrdən biridir: "Dövlətin zamanında qəbul etdiyi operativ qərarlar nəticəsində virusun ölkəmizdə sürətlə yayılmasının qarşısı alındı. Ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard vəsaitin ayrılması, Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılması və digər mühüm qərarlar dövlətin bu məsələyə tam həssaslıqla yanaşdığını göstərir. Burada vətəndaşlarımızın da üzərinə böyük vəzifə düşür. Hər kəs operativ qərargahın qərarlarına əməl etməli, məsələyə məsuliyyətlə yanaşmalı və öz həyatını təhlükəyə atmamalıdır. Əks halda virusun yayılması səbəbindən daha ciddi təhlükələrlə üz-üzə qala bilərik. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır".
banner

Oxşar Xəbərlər