AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov

Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov

Cəmiyyət
21 Oktyabr 2020, 19:39 467

Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".