• cümə, 26 Aprel, 11:50
  • Baku Bakı 12°C

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

02.06.18 14:42 675
Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı
Dünyanın ən iri mirvarilərindən olan "Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb.
Trend-in məlumatına görə, çəkisi 120 qram, uzunluğu 7 santimetr olan mirvari 18-ci əsrin əvvəllərində Çində tapılıb.
Formasına görə yatmış şiri xatırladan mirvari indiyədək şirin su hövzəsində tapılmış ən böyük mirvari hesab olunur.
Qeyd olunur ki, bu mirvari 1778-ci ildə Rusiya imperatriçası II Yekaterinaya hədiyyə olunmuşdu.
banner

Oxşar Xəbərlər