Dünyanı bütün çalarları ilə qavrayan azərbaycanlı dahi
Onun təklif etdiyi məntiqdə tolerantlıq daha çoxdur
Dünya şöhrətli
alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər
Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin fevral ayında anadan
olmasının 100 illiyi tamam olur. Fundamental nəzəriyyələri ilə elm tarixində
ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətin yubileyinin keçirilməsi ilə
bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamda Lütfi Zadənin dünya
miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdən olduğu qeyd edilib:
"Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq
nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz
qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün
intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və
informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm
rol oynamışdır”. Lütfi Zadənin yaratdığı elmi məktəb və laboratoriyalar bir
sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir.
Bakıdan İrana
Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının
Novxanı kəndində Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa
(Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Lütfinin atası Rəhim
Ələsgərzadəİranın Ərdəbil şəhərindəziyalı ailəsində dünyaya göz
açıb.Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada
ticarətlə məşğul olmaq qərarına gəlib.İrandadostları və qohumları
vasitəsilə külli miqdarda kibrit alaraq onu Bakıya gətirib və satışını təşkil
etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan
Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan
həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı
Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.
Beləcə, o, 10 yaşında ikən ailəsi ilə
birlikdə Bakını tərk edərək Tehranaköçüb. Balaca Lütfi o vaxt rusdilli
məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini
amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk
dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin
inkişafı üçün yaradılmış şərait onda hələ məktəb illərindən Amerikaya maraq
oyadıb. Orta təhsilini tamamladıqdan sonraTehran Universitetinin elektrik
mühəndisliyi fakültəsinə daxil olub.
Amerika həyatı
Lütfi Zadənin Amerika həyatı ilə real tanışlığı 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o,Amerikayagələrək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim, artıq bu vaxtKolumbiya Universitetində çalışırdı. O,1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr,1957-ci ildə isə professordərəcəsi alır. Zadə Columbia Universitetində 10 il dərs deyib.
Həmin vaxt Lütfi Zadə məşhur alim,kibernetikanınatası hesab olunan Norbert Vinerintövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinəgəlir. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim, sonralar şəraitə uyğunlaşır və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq çalışır.
Yaponiyanın marağı
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi
məlumdur. Hazırda bu nəzəriyyələr elm və istehsalatda geniş şəkildə tətbiq
olunur. Ona şöhrət qazandıran, dünya elmində inqilab hesab olunan"Qeyri-səlis
məntiqnəzəriyyə”sidir. Bu nəzəriyyəriyaziyyatınəsası olan
ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis
ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini
daha adekvat nəzərə almağa imkan yaradır. Lütfi Zadənin elmdə Z-çevirməkimi
tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin
yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası,
dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə
elminin əsasını təşkil edir.
Alim onu məşhurlaşdıran qeyri-səlis
məntiq nəzəriyyəsini 1973-cü ildə irəli sürür. Akademik dairələrdə professor
Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndlə də qarşılanır. "Bu,
qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin
terminologiyası ilə bağlı idi”- "The New York Times” qəzetində mərhuma həsr
olunmuş məqalədə deyilir.
Məqalədə Lütfi Zadənin araşdırmalarının təsirindən
də bəhs olunur. Belə ki, "Google Scholar” saytına əsasən, Zadənin 1965-ci ildə
nəşr etdiyi "qeyri-səlis çoxluq" nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə
iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava
proqnozunadək, müxtəlif sahələrdə istifadə olunub.
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı
şəkildə belə izah etmək olar: "Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin
dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi” isə dünyanı bütün
çalarları ilə qavramağa imkan verir. Çünki "Aristotel məntiqi” ikili (binar)
məntiqdir, "Zadə məntiqi” çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə
görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir
müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir
arasında) kəsilməz qiymətlər alır. "Zadə məntiqi”ndə real həyatı daha dürüst
inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur.
Aparıcı dünya şirkətləri tərəfindən tətbiq
olunan bu nəzəriyyə1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət
Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci
illərində yapon alimlərinin diqqətini cəlb edir və yaponlar bu unikal
nəzəriyyədən yararlanmaq qərarına gəlirlər. Getdikcə həmin nəzəriyyənin əməli
gücü onun mücərrəd mahiyyətini üstələyir.
"Bu nəzəriyyə və reallıq arasında bir körpü idi" - deyə son illər ərzində Lütfi Zadə ilə yan-yana işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Seising qeyd edib.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: "Təəssüratlar nəzəriyyəsi”, "Sistemlər nəzəriyyəsi”, "Sözlə işləyən kompüter nəzəriyyəsi”, "Optimal süzgəclər nəzəriyyəsi” və "Soft kompyutinq”.
2013-cü ilin 19-20 iyun tarixlərində Madrid
şəhərində İspaniyanınBBVA (Banco
Bilbao Vizcaya Argentaria, S.A.)fondunun elm və mədəniyyət sahəsi
üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən
İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min
avro dəyərində mükafata layiq görülüb.
Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə, Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.
2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib.
"Məni Bakıda
dəfn edin…”
Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Dostluq” ordeninə layiq görülüb.
Təranə Məhərrəmova