AZE | RUS | ENG |

Donald Tramp Anjelina Colinin atasını vəzfəyə təyin edib

Donald Tramp Anjelina Colinin atasını vəzfəyə təyin edib
Aktrisa, rejissor, ssenarist, prodüsser və model Anjelina Colinin atası, aktyor Con Voyt ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyinat alıb.
Bu barədə "Report" "The Hollywood Reporter"a istinadən xəbər verir.
Qeyd edilir ki, o, ABŞ-ın keçmiş prezidenti Con F.Kennedinin İfaçılıq Sənəti Mərkəzinin Qəyyumlar Şurasında təmsil olunacaq.
Məlumata görə, məşhur "Oskar" mükafatı laureatı Hollivudda ən mühafizəkar xadimlərdən biridir. Con Voyt Donald Trampa dəstəyini açıq şəkildə bildirir. Aktyor ABŞ-ın sabiq prezidenti Barak Obamanın yürütdüyü siyasəti fəal tənqid edib.
Qeyd edək ki, daha əvvəl Anjelina Colinin kinodan getdiyi xəbər verilib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896