• cümə, 26 Aprel, 08:35
  • Baku Bakı 12°C

Dollar bir az da ucuzlaşdı

14.05.15 05:34 869
Dollar bir az da ucuzlaşdı
Bu gün mayın 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0006 manat və ya 0,06% ucuzlaşaraq 1,0474 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0133 manat və ya 1,13 % bahalaşaraq 1,1912 manat olub.
banner

Oxşar Xəbərlər