AZE | RUS | ENG |

Dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib

Dirijor Əyyub Quliyev ölkəmizi beynəlxalq festivalda təmsil edib
Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri - "Viqadu” da (Vigado) "Klassz a Parton" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, iyulun 30-dək davam edəcək festivalda bir sıra ölkələrdən - Avstriya, İtaliya, Almaniya, İsveçrə, Slovakiya, Macarıstan, ABŞ və Türkiyədən tanınmış musiqiçilər iştirak edirlər.
Ölkəmizi ilk dəfə bu mötəbər festivalda Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edir.
Açılış mərasimindən əvvəl konsertin aparıcısı Azərbaycan - onun musiqi mədəniyyəti, inkişaf tarixi, ifaçılığı və uğurları barədə geniş məlumat verib. Daha sonra dirijor Əyyub Quliyevin rəhbərliyi altında Macarıstan Milli Simfonik Orkestri "Obuda Danube" Avropa klassik musiqisinin ən parlaq nümunələrini - Volfqanq Amadey Motsartın 35-ci "Xaffner" simfoniyası və Frans Şubertin 5-ci simfoniyasını təqdim edib. Hər iki əsər böyük maraqla qarşılanıb.
"Klassz a Parton” festivalının bədii rəhbəri, Macarıstan ən seçilən və görkəmli pianoçulardan olan Tamaş Erdinin ifası isə konsertə xüsusi rəng qatıb. Onu ifasında səslənən Karl Mariya fon Veberin "Konsertştük” və Frederik Şopenin "Andante spianato və Grand Polonez” dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Anşlaqla keçən konsertin sonunda tamaşaçıların arzusunu nəzərə alaraq musiqiçilər proqrama əlavə olaraq yeni əsərlər ifa ediblər.
Sonda Macarıstanın tanınmış incəsənət xadimləri - yazıçı, şair və bəstəkarları, mətbuat nümayəndələri azərbaycanlı dirijoru və macar musiqiçiləri təbrik edərək xoş arzularını bildiriblər.
Qeyd edək ki, konsert Macarıstanın Bartok Dövlət Radiosu tərəfindən lentə alınıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946