• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

"Dərman preparatlarının istehsalından büdcəyə daxilolmalar artacaq"

26.05.20 12:15 532
"Dərman preparatlarının istehsalından büdcəyə daxilolmalar artacaq"
"Bu baxımdan post-pandemiya dövründə Azərbaycan dövlət büdcəsinə, xüsusilə də, yeni sektorlardan daha çox vəsaitlərin cəlb edilməsini reallaşdıra biləcək". Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov Azərbaycan iqtisadiyyatının növbəti dövrlərdə prioritet sektorlarına çevriləcək fəaliyyət sahələrindən danışarkən deyib.
Onun sözlərinə görə, post-pandemiya dövründə bir sıra sektorların daha prioritet olması və eyni zamanda, daha çox inkişaf etməsi gözlənilir:"Post-pandemiya dövründə, xüsusilə, onlayn ticarətə və onlayn iqtisadiyyatın ümumi iqtisadiyyatda payının artması proqnozlaşdırılır. Güman olunur ki, onlayn ticarət nəticə etibarilə vətəndaşlarımızın, xüsusilə də, bu sahəyə vəsait ayıran sahibkarların da marağı nəzərə alındıqda, növbəti dövrdə onlayn iqtisadiyyatın inkişafı, avtomatlaşdırılma büdcə gəlirlərinin artmasına birbaşa təsir göstərə bilər. Təbii ki, bu büdcə gəlirlərinin artması baxımından onlayn ticarət və avtomatlaşdırma əsas sektorlardır. Eyni zamanda emaledici aqrar məhsulların istehsalının genişləndirilməsi də nəzərdə tutulur ki, bu da dövlət büdcəsinə daha çox vəsaitlərin daxil olmasına imkan yaradacaq. Bu baxımdan post-pandemiya dövründə Azərbaycan dövlət büdcəsinə, xüsusilə də, yeni sektorlardan daha çox vəsaitlərin cəlb edilməsini reallaşdıra biləcək".
Millət vəkili qeyd edib ki, avtomatlaşdırılma dedikdə texnoloji vasitələrin istehsalı nəzərdə tutulur:"Bu da texnoloji vasitələrin həm istehsalının, həm də təsisatının artacağından xəbər verir. İqtisadiyyatımızda bu sektorun inkişafı prioritet olacaq. Sözsüz ki, eyni zamanda bu gün tibbi məhsulların, dərman preparatlarının da istehsalının genişləndirilməsi istiqamətində büdcəyə daxilolmaların artacağı ehtimal olunur".
banner

Oxşar Xəbərlər