• çərşənbə axşamı, 19 mart, 14:37
  • Baku Bakı 8°C

Deputatlığa 1560 nəfərin namizədliyi qeydə alındı

19.01.20 18:36 743
Deputatlığa 1560 nəfərin namizədliyi qeydə alındı
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb".
M.Pənahov əlavə edib ki, indiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

Onun sözlərinə görə, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb: "1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir".
banner

Oxşar Xəbərlər